Qarabağ məhbusları ev dustaqlığına buraxıldı – ONLAR ARASINDA FUAD QƏHRƏMANLI VƏ ASİF YUSİFLİ DƏ VAR

Hit SİYASƏT
Spread the love

Bu gün Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Dövlət İttihamını müdafiə edən prokurorun vəsatətinə baxılıb. Vəsatət təmin olunub.
Ev dustaqlığına buraxılan AXCP üzvləri:
1. Fuad Qəhrəmanlı
2. Asif Yusifli
3. Məmməd İbrahim
4. Ayaz Məhərrəmov
5. Bəxtiyar İmanov
6. Baba Süleymanov
7. Ceyhun Novruzov
8. İsmayıl Həsənov
9. Müşviq Quliyev
10.Telman Seyfullayev
11. Məhəbbət Nağıyev
12. Seymur Əhmədov

Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılanlar arasındadır.

AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və NMR DİN-in keçmiş nazir müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur.
Ev dustaqlığına buraxılan digər məhbuslar:
1.Şəmsi Rəhimli
2.Elçin Mehdiyev
3.Fariz Məmmədov
4.Emin Hüseynzadə
5.Ariz Səfərli
6.Ceyhun Məmmədov
7.Vüsal Quliyevdir.

Dunyaninsesi.info