Qərbdən və diaspordan Paşinyana müharibə sifarişi… – İrəvan köhnə aqressiv kursa qayıdır?

Manşet SİYASƏT
Spread the love

44 günlük savaşda “kəsici dişləri” çıxarılan Ermənistan yenə də avantüraya sürüklənir; altını bu dəfə də kasıb erməni əhalisi çəkəcək, çünki…

“Ermənistan” adlı uğursuz dövlət başına gələnlərdən dərs götürmək istəmir. Belə görünür ki, qonşu ölkə dünyanın siyasi xəritəsində normal dövlət kimi yox, yenə marionet olaraq, kiminsə “cib dövləti”, maşası kimi qalmaqda israrlıdır.

10 noyabr kapitulyasiya sənədini imzalamasından 8 aydan çox ötməsinə baxmayaraq, rəsmi İrəvanın bu günədək davakar ritorikası sərgiləməsinə, Azərbaycana qarşı əsassız ərazi iddiasını davam etdirməsinə ayrı ad tapmaq çətindir. Belə təsəvvür yaranır ki, Ermənistanı sülhdən çox müharibə maraqlandırır…

*****

Əlbəttə ki, erməni tərəfinin, obrazlı yazsaq, Azərbaycanla müharibə aparacaq canı yoxdur. Müzəffər Ordumuz onun “kəsici dişlərini” keçən ilki Vətən müharibəsində çıxarıb. Müharibə üçün Ermənistanın nə yetərli hərbi, nə də insani və maliyyə resursu var. Ən azı, yaxın on ildə gözlənilmir də. Sadəcə, bu xəbis toplum başqa xalqlara pislik eləməyi xoşladığı üçün ənənəvi olaraq Azərbaycan və Türkiyəyə qarşı murdar niyyətlərdən əl çəkmir. İki qardaş ölkəyə ziyan vurmaq üçün daima yollar axtarır. Daha dəqiqi, bu dəfə vəziyyəti gərginləşdirib Qərbin, özəlliklə ABŞ və Fransanın bölgəyə – sərhəd nahiyəsinə, hətta Qarabağa hərbi müdaxiləsi üçün zəmin yaratmağı xəyal edir, təhlükəli planlar qurur. Sərhəddəki təxribatların arxasındakı əsas hədəf əslində elə budur.

Ermənistan Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutdu: Hərbçimiz  şəhid oldu - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda

Yeri gəlmişkən, dünən Ermənistan silahlı qüvvələri dövlət sərhədimizin Kəlbəcər rayonu sahəsində növbəti təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən ordumuzun Kəlbəcər rayonu ərazisindəki mövqeləri atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Aydındır ki, sülh arzulayan, üstəlik, təzəcə müharibədən kapitulyasiya ilə çıxan bir ölkə belə təxribatlarla məşğul olmur. Mütləq onu qızışdıran, üstümüzə salan bir qüvvə və ya qüvvələr olmalı. Hansı qüvvələr? Onların təxmini ünvanını göstərdik.

Diqqətçəkici həm də odur ki, ölkəmizə qarşı get-gedə artan və böyük sülh anlaşmasını ləngitməyə hesablanmış sərhəd toqquşmaları Ermənistan rəhbəri, “sorosçu” Nikol Paşinyanın açıq-aşkar qərbyönlü xarici siyasət kursuna qayıtmaq istəyi fonunda yaşanır. Bu da məntiqlidir. İrəvan özünün xaricdəki havadarlarından cəsarət və vəd almasa, boyundan hündürə tullanmağa heç vaxt cürət eləməz…

*****

Söz düşmüşkən, bu arada Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirib (Virtualaz.org). Telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə əlaqədar yayıb. Lakin mənbə olaraq hansı ölkənin – Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından  söhbət getdiyi dəqiqləşdirilmir.

“Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”, – məlumatda bildirilir. “Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”, – qaynaq deyib.

Arşak Karapetyan üçün Ermənistan ordusunda hansı vəzifə planlaşdırıblar?

Arşak Karapetyan

Eyni qaynaq Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirilir. V.Arutunyan isə Rusiyaya sadiq adam idi.

Maraqlıdır ki, Nikol Painyan məhz Rusiyaya səfərdən qayıtdıqdan sonra öz komandasını təzədən qərbyönlü kadrlar hesabına qurmağa başlayıb. Xarici İşlər Nazirliyi rəhbərliyinə ölkənin təhlükəsizlik xidmətinin keçmiş direktoru olmuş qərbyönlü Armen Qriqoryanın gətirilməsi bunun başqa bir təsdiqi sayıla bilər.

Bu, o deməkdir ki, N.Paşinyan sözdə Rusiyanı Ermənistanın xarici siyasətində strateji prioritet elan eləsə də, gerçək əsla belə deyil. Yəni Ermənistanın xarici siyasət kursu gec-tez rusiyayönlü olmayacaq. Hətta güc strukturlarında belə, Rusiyanın adamlarını (V.Arutyunyan) sıxışdırmaq xətti götürülüb. Halbuki 2-ci Qarabağ müharibəsində Ermənistanı faktiki ipdən alan, onun formal da olsa, dünyanın siyasi xəritəsində qalmasını, həmçinin Qarabağda erməni varlığını təmin edən, Ermənistanın köhnə-yeni sərhədlərini qoruyan və ona əlindən gələn maddi-maliyyə dəstəyi verən tək dövlət Rusiyadır.

*****

Sözsüz ki, İrəvanı ölkəmizə qarşı qısqırdan, barışmaz mövqeyə kökləyən, əlini gücləndirən həm də Avropa İttifaqının işğala məruz qalmış Azərbaycan dura-dura, işğalçı Ermənistana 2.6 milyarda avro (təxminən 3 milyard dollar) maliyyə yardımı ayıracağı barədə verdiyi ədalətsiz qərardır. Cəmi 2 milyon əhalisi olan bir cırtdan dövlət üçün bu, əlbəttə ki, böyük məbləğdir və onun illik büdcəsinə bərabərdir.

İrəvan rəsmilərinin başını gicəlləndirən, Azərbaycana qarşı onlarda barışmaz və radikal ovqatı, revanşizmi gücləndirən, şübhəsiz, həm də bu amildir. Əslində bu, 9 ay öncəki işğalçını təzədən müharibəyə şirnikləndirməkdir, müharibə sifarişidir. Eyni zamanda Qarabağda qalmış separatçı-kriminal ünsürlərə stimul verməkdir. Son hədəf isə “bulanıq suda” balıq tutmaqdır. 

Ancaq bütün bunlar əbəs cəhdlərdir. Ermənistanın çıxarılmış “kəsici dişləri”ni bərpa eləmək mümkün olmayacaq. Onun yerinə hansı “süni dişlər”, “keramik dişlər”, “protez” qoyulur-qoyulsun, dəmir yumruğun cavabı bu dəfə daha amansız və ağrılı olacaq. Başı əzilən yenə də Ermənistan, buna seyrçi qalan isə yenə onun havadarları olacaq. Son savaşdakı kimi, əllərindən yenə bir şey gəlməyəcək.

Многие думали, что война - это забава": Жирайр Липаритян о поражении  Армении и будущем Карабаха - BBC News Русская служба

 Jirayr Liparityan

Artıq bunu anlayan tanınmış ermənilər də var. Məsələn, 1990-cı illərdə Levon Ter-Petrosyanın məsləhətçisi, 1990-cı illərdə Qarabağ müzakirələrinin əsas iştirakçılarından olan politoloq Jirayr Liparityan bugünlərdə Qərb nəşrlərindən birinə savaşın səbəblərindən danışarkən etiraf edib ki, son Qarabağ müharibəsinin nəticəsi erməni diasporunun mövqeyindən qaynaqlanır. Sitat: “Erməni diasporu Qarabağ məsələsində maksimalist mövqe nümayiş edirdi, vəziyyətin daha real qiymətləndirilməsinə töhfə vermədi. Artıq reallığın qəbul olunması və Ermənistanın məsələyə strateji baxışının yenidən tənzimlənməsi lazımdır. Əks təqdirdə, ermənilər bu tarixi itkiyə aparan düşüncəni davam etdirsələr, yenidən müharibə ilə üzləşə bilərlər. Hadisələrin belə inkişafı isə Ermənistan üçün olub-qalanların da əldən çıxması deməkdir”.

“Olan-qalanı da itirmək…” Paşinyan va-bank gedərsə, elə bu cür də olacaq. Seçim həmişəki kimi İrəvanındır…

Dünyanınsəsi.Az