Putinlə Ərdoğanın telefon danışığı oldu

DÜNYA Manşet
Spread the love

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib. Prezidentlər ölkələrin Suriyada koordinasiya olunmuş fəaliyyətinin effektivliyinin artırılması üçün müdafiə nazirlikləri arasında tədbirlər görülməsi haqda razılığa gəliblər.
Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Ərdoğan Suriyada Əsəd rejimi tərəfindən Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə edilən hücumdan danışaraq bunun Suriyadakı ortaq sülh hərəkatına zərbə vurduğunu ifadə edib.
Prezidentlər Suriya ilə yanaşı, Liviya məsələsindən də danışıblar.