Putinin gənc “sevgilisi” ilə münasibəti PİSLƏŞDİ – Rusiya lideri onu NƏYƏ MƏCBUR EDİB?

Hit QALMAQAL
Spread the love

“Rusiya Prezidenti Vladimir Putinin sevgilisi nadir hallarda ictimaiyyət qarşısında çıxış edir, lakin Ukraynadakı qanlı müharibə və Putinin səhhətində yaranan problemlərlə bağlı danışmaqdan yayınır”.

Musavat.com xəbər verir ki, bu fikirlər Britaniyanın “Daily Mail” qəzetində dərc olunan məqalədə yer alıb.

Bildirilir ki, qızıl medal qazanan olimpiya ulduzu, 39 yaşlı Alina Kabaeva bu il ərzində on dəfədən az görünsə də, dekabrın 3-də yeni gimnastika məşq mərkəzini açmaq üçün peyda olub.

65203403-0-Alina_Kabaeva_shakes.jpg (168 KB)

“Kabaeva Soçidə yeni kompleksi açarkən Moskvadakı iqamətgahının pilləkənlərində sürüşərək yıxılan, xərçəng və digər sağlamlıq problemlərindən əziyyət çəkən 70 yaşlı Putinin adını çəkməkdən yayındı. O, həmçinin 100.000-dən çox rusun öldürüldüyü və ya şikəst edildiyi güman edilən müharibədən də birbaşa danışmır” – məqalədə qeyd olunub.

Bildirilir ki, Moskvanın dövlət mediasına Alina Kabaevanın Putinlə 15 illik münasibətini və uşaqları barədə hər hansı müzakirə aparmağa icazə verilmir.

General SVR Telegram kanalı isə Alinanın hamilə qaldığını, daha sonra Putinin tələbi ilə abort etdirdiyini yazıb:

65203399-0-Putin_hands_Kabaeva_a.jpg (119 KB)

“Biz mayın əvvəlində Alina Kabayevanın hamilə olması barədə danışmışdıq və Putinlə Kabayevanın qız övladları olacağını xəbər vermişdik. Ancaq Rusiya prezidenti Vladimir Putin Kabayevanın hamiləliyini vaxtsız, planlaşdırılmamış uşağın doğulmasını isə arzuolunmaz hesab edib. Nəticədə Putinlə Kabayevanın münasibətləri pisləşib. Avqustun sonunda hamiləliyin 20 həftədən çox olmasına baxmayaraq, Alina məcburən uşağı abort etdirib. Abortdan sonra fəsadlar yaranıb və bir müddət Kabayeva ictimaiyyət qarşısına çıxa bilməyib”.

Qeyd edək ki, General SVR Telegram kanalı Putinin səhhəti və şəxsi həyatı ilə bağlı tez-tez məlumatlar dərc etsə də, iddialarını gücləndirmək üçün heç bir sübut təqdim etmir.

Dünyanınsəsi.Az