PUTİN NÜVƏ QATARINI UKRAYNAYA GÖNDƏRDİ – Kütləvi qırğın silahından istifadəyə hazırlıq başlayıb

DÜNYA Hit
Spread the love

Rusiya Prezidenti Vladimir Putin Ukrayna sərhədlərində nüvə silahını sınaqdan keçirməyə hazırlaşır.

“Dünyanınsəsi.Az” xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Kreml döyüş meydanında ərazilər itirməyə başladığı bir vaxtda, yeni eskalasiya prosesinə hazırlıq görməyə başlayıb. Belə ki, Putinin gizli nüvə bölmələrini idarə edən qatarı Ukrayna göndərdiyi bidirilir.

Polşalı analitik Konrad Muzyka bildirib ki, Rusiyanın mərkəzi hissəsində görüntülənən qatar Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin tabeliyindədir və nüvə döyüş sursatlarının saxlanması və daşınması prosesini icra edir.