Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

Əsas Manşet HADİSƏ
Spread the love

Rusiya ilə Ukrayna arasında bir ildən artıqdır davam edən müharibədə ötən həftə maraqlı bir hadisə baş verib.

Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin gərgin təhlükəsizlik tədbirləri altında ilk dəfə olaraq müharibə başlayandan bəri münaqişələrin ən şiddətli olduğu Mariupol bölgəsinə gedib. Yerli hökumət və bölgə əhalisi ilə təmasda olan Rusiya prezidentinin həmin bölgədə çəkdirdiyi foto və videoları qızğın müzakirələrə səbəb olub.

Ukraynanın məşhur adlarından biri olan Anton Geraşenko sosial media hesabında Putinin bəzi fotolarını yayımlayaraq diqqətçəkən iddia irəli sürüb. Geraşenko iddia edib ki, Putin şəxsən Mariupola getməyib, əksinə, oxşarını bölgəyə göndərib.

Putinin müxtəlif vaxtlarda çəkilmiş fotolarını paylaşan ukraynalı rəsmi Putinin çənə və boyun bölgəsindəki fərqi də vurğulayıb. Geraşenko “Putin, sənin çənənə nə olub? Son vaxtlar makiyaj mütəxəssisləri Putinin keyfiyyətsiz nüsxələri ilə işləmək məcburiyyətində qalıblar. Bu, tam olaraq oxşar deyil, amma bir nüsxədir”.

Ukraynanın daxili işlər naziri “Görəsən bunlardan hansı əsl Putindir” şərhini verib. Geraşenkonun paylaşdığı fotolar arasında Putinin keçən il çəkilmiş fotoları və son həftələrdə çəkilmiş fotolar var.

Digər tərəfdən, Telegram sosial media platformasına yazan mənbə “Kremldən olan mənbələr Putinin Krıma və Mariupola getdiyini inkar edir” iddiasını irəli sürüb. Kreml bu iddialara münasibət bildirməyib.

IMG_2043.jpeg

Aytac Şahin