PUTİN ƏLİYEV VƏ PAŞİNYANA ZƏNG EDİB – Qarabağla bağlı müzakirə aparılıb

HADİSƏ Hit
Spread the love

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.

Məlumata görə, xəbəri yayan Kremlin Mətbuat xidməti dəqiqləşdirib ki, təmaslar martın 11-i və 12-də baş tutub.

Bildirilib ki, telefon danışğı zamanı tərəflər Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini və Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər.

“Məmnuniyyətlə bildirilib ki, Dağlıq Qarabağda atəşkəs rejimi ciddi şəkildə yerinə yetirilir və bölgədəki vəziyyət ümumilikdə sabit və sakit olaraq qalır” – məlumatda vurğulanıb.

Liderlər keçən il noyabrın 9-da və bu il yanvarın 11-də qəbul edilən üçtərəfli bəyanatlarda qeyd olunan Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinin praktiki aspektlərini də nəzərdən keçiriblər.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı məsələlərə də toxunulub və “bu kontekstdə baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupunun fəaliyyəti müsbət mənada qeyd edilib”.