Putinə zərbə üçün Nikolla Makron birləşdi – Matevosyan

Hit QALMAQAL
Spread the love

Fransa Prezidenti Emmanuel Makronun siyasəti Ermənistanı Qərb və Rusiya arasında “nifaq alması”na çevirir.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə erməni ekspert Benyamin Matevosyan deyib.

“Ermənistanın sarı mətbuatının tirajladığı tezis beynəlxalq münasibətlərə qədər gedib çıxıb. Xatırladaq ki, 2016-cı ildən sonra hazırki dövlət başçısı Rusiyanın Bakının Avrasiya İqtisadi Birliyinə (Aİİ) daxil olması üçün Azərbaycanı müharibəyə sövq etdiyini bildirmişdi. Bu yaxınlarda Paşinyanın ailə qəzetində belə bir məlumat yayıldı ki, guya Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil etmək istəyirlər və Əliyevin əli ilə Moskva regionda qeyri-stabillik yaradır. İndi bunu Makron təkrar edir”, – deyə erməni ekspert əlavə edib.

O bildirib ki, Fransa Prezidenti erməni hakimiyyətindən eşitdiyini səsləndirir:

“Antrusiyaçılıq, görünür, bu gün Avropada Rusiya qazından sonra yəqin ki, ən vacib əmtəədir. Bəzi siyasətçilər isə bunu Avropaya satmağa çalışırlar. Makron Ermənistanın düşməni deyil, amma Fransa və AB Rusiyanın düşmənidir. Və əgər Ukraynada olduğu kimi Ermənistanın əli ilə Moskvaya zərər vurmaq olarsa, o zaman bu, həyata keçiriləcək”, – Matevosyan bildirib.

O əlavə edib ki, Makronun siyasəti Ermənistanı ABŞ, AB və Rusiya arasında “nifaq alması”na çevirir və bunun üçün Suriya və Ukraynada baş verənlərə baxmaq kifayətdir:

“Sizin Azərbaycan və Türkiyə kimi iki qonşunuz olduqda, Rusiya ilə düşmənçilik və Qərbdən aydın təhlükəsizlik zəmanətinin olmaması Ermənistanın dövlətçiliyini məhv etməyin ən qısa yoludur”.

Matevosyanın fikrincə, Fransa Prezidentinin gördüyü işlər Ermənistan üçün çox təhlükəlidir, eyni zamanda, Makronun sözləri həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb:

“Makronun sözlərinin hökumətyönlü media tərəfindən necə təkrarlandığına baxsanız, onun Nikol Paşinyanın antirusiya siyasətini dəstəklədiyini başa düşəcəksiniz”.