“Pürəngi” çay evi,yoxsa pürəngi infeksiya mənbəyi?-VİDEO+FOTOLAR

HADİSƏ Manşet
Spread the love

Gəncənin “Pürəngi” çay evindəki qanunsuzluqlara hansı dövlət qurumları göz yumur? Yoxsa, bu çay evindən aylıq haqq alınır?
İlk ağıla gələn sual:Niyə qapalı məkanda pandemiya dönəmində insanların taleyi bu qədər ucuzdur və şəxsi mənffət ucbatından məhv edilir? Şəhərdə onlarla belə çay evlərinin olması, hər gün iki-üçünün aşkarlanması xəbəri mütəmadi olaraq gündəmə gəlir. Lakin həmin “evlərin” aşkar olunandan sonra da rahat və reklam olunmuş kimi fəaliyyətini davam etdirməsi də heç kəsə sirr deyil. Amma nədənsə yuxarıda adı çəkilən çay evinin mətbuata bu qədər sürətlə yol tapması diqqətimizdən yayınmadı. Səbəb bəlkə də çay evinin hansısa kirminal avtoritetə aylıq haqq verməsi ilə bağlıdır.
“Dünyanın Səsi” olaraq Gəncə şəhər Baş polis İdarəsindən, eləcə də Qida Təhlüksəzizliyi Agentliyinin məsul şəxslərindən video və foto kadrlarda əks edilən bu xoşa gəlməz mənzərə barəsində ölçü götürülməsini xahiş edirik. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.
Bu sırada Gəncə şəhər Nizami rayonu ərazi inzibati vahidində fəaliyyət göstərən “Pürəngi” çay evini göstərmək olar. Rayon sakinlərinin Dünyanınsəsi.Az-a göndərmiş olduğu videomateriala nəzər saldıqda çay evinin sahibi, eləcə də onun tabeçiliyində çalışan xanım işçilər tibbi maskadan istifadə etmirlər.”Pürəngi” çay evi qapalı məkanda fəaliyyət göstərdiyinin fərqinə varmadan qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir olmasına əhmiyyət vermir.Həm də Nazirlər Kabinetinin bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edilməsi heç onların veclərinə deyil.
Qeyd edək ki, qüvvədə olan qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaqdı. Dəyişikliyə əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunsada bu sözügedən “pürrəngi” çay evinin kirminal avoriteti qanunları heçə syaraq öz maddi marağnı güdməkdədir. Bu videokadrlarda görünən mənzərəyə baxdıqda hər şey öz təsdiqini tapmış olur.
Bəs sizcə, bu qəbildən olan hadisələrin fonunda görünüən odur ki, hazırda ölkə çapında iş və xidmət sahələrində sahibkarların özbaşınalıqlarına Polis və  Qida Təhlükəzizliyi Agentliyinin və digər cavadeh qurumların göz yumması qaranlıq məqamlardan xəbər vermirmi?
Onuda xatırladaq ki, İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməklə yanaşı həm də onları sağlamlıq kitabçaları olmalıdır.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.Bəs, görəsən bu “pürəngi” çay evində ki, rəngarəng formalı xanım işçilərin sağlamlıq haqqında lazımı sənədləri varmi?


Redaksiya olaraq inanırıq ki, Gəncə şəhərinin sözügedən massivində baş verən bu özbaşınalığın aradan qaldırlması istiqamətində ciddi ölçü götürüləcəkdir.

“Pürrəngi” çay evindən çəkilmiş videoçəklişi təqdim edirik:

Dünyanınsəsi.Az