Prezidentin cangüdəni intihar etdi

HADİSƏ Hit
Spread the love

Türkiyyənin prezidenti R.T.Ərdoğanın cangüdəni intihar edib.

Dünyanınsəsi.info turk mətbuatına istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü polis məmuru Mehmet Ali Bulut intihar etməmişdən əvvəl məktubda bunları yazıb:”İşçilərinizi aşağılamaq, təhdid etmək, işindən azad etmək, yalançı yerinə qoymaq ən yaxşı bacardığınız işdir.Hər insanın qüruru var və mən o sözləri qəbul edə bilmərəm.Kaş yuxarıda yazdıqlarımın yerinə işçilərinizlə maraqlanıb, onların vəziyyətlərini öyrənsəydiniz.Cənazəmə Mustafa Yavuzkanat rəisim xaric heç bir rütbəlinin gəlməsini istəmirəm”. Baş verən olaydan sonra Cümhuriyyət Xalq Partiyası işi Türkiyə Böyük Millət Məclisində qaldırıb və Daxili İşlər Naziri Süleyman Soyludan məsələnin araşdırılmasını tələb ediblər.

Mövzu bütün sosial şəbəkələrdə gündəmə çevrilib.

Dünyanınsəsi.info