“Prezident YAP üzvləri qarşısında yeni vəzifələr müəyyən etdi” – Deputat Aqil Məmmədov

Hit MÜSAHİBƏ
Spread the love

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı tarixi məqama – torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda təsadüf etdi. Partiya Azərbaycanın ən ağır günlərində yarandı. Bu gün isə müstəqil, qüdrətli, qalib Azərbaycanda növbəti qurultay keçirildi”.

Bu fikirləri YAP-dan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

A.Məmmədovun sözlərinə görə bu qurultayda həm rəhbər heyətdə, həm də rəhbər strukturlarda dəyişikliklərin edilməsi zamanın tələbidir: “Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını “Dünənin, bu günün, sabahın partiyası” adlandırıb. Bu baxımdan, cənab Prezidentin qurultaydakı proqram xarakterli çıxışında dediyi kimi biz indiyədək görülmüş işlərə, uğurlarımızla güvənərək yerimizdə qalmamalıyıq. Həyatın bütün sahələrində, dövlət idarəetməsində olduğu kimi hakim partiyada da bu dəyişikliklər, yeniləşmə labüd idi. Və bu baş verdi. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın partiyada birinci müavin təyin olunması da dövlət aparatında əldə edilən uğurlu formatın partiyamızda da tətbiqinə gətirib çıxaracaq. Mən fürsətdən istifadə edib yenidən YAP sədri seçilməsi münasibətilə cənab İlham Əliyevi, Mehriban xanımı və yeni rəhbərlikdə təmsil olunan şəxsləri, o cümlədən, deputat həmkarlarımı təbrik edirəm. Hər birinə yeni mərhələdə uğurlar arzu edirəm”.

Millət vəkilinin sözlərinə görə ölkə Prezidenti YAP sədri İlham Əliyev qurultaydakı çıxışında partiya üzvləri qarşısında yeni vəzifələr qoyub ki, bunlardan biri də uşğaldan azad olunmuş rayonlarımıza əhalinin qayıdışı işində YAP-çıların fəal rol oynamasıdır: “Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, xüsusilə, azad olunmuş rayonlardan olan partiyadaşlarımız bu prosesdə layiqincə iştirak edəcəklər”.