Prezident muzeydə atasının şəklini tapdı

HADİSƏ Hit
Spread the love
Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında yerləşən “Patriot” parkında İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuş “Xatirə yolu” muzey kompleksində gəzişərkən fotoarxivdə atasının şəklini tapıb.

Dünyanınsəsi.Az xəbər verir ki, Bu barədə RT kadrlar yayımlayıb.

Məlumata görə, RF prezidentinin atası şəkildə cəbhə yoldaşları ilə birlikdə əks olunub.

Qeyd edək ki, muzeyin virtual bazasında on milyonlarla ön və arxa cəbhə döyüşçülərinin şəkilləri toplanıb.