Prezident İlham Əliyevin Ankaradan verdiyi mesaj: BİRLƏŞMƏ HAQQIMIZ gündəmə gəldi

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Prezident İlham Əliyev təşəbbüs göstərdi: Türk Dövlətləri Təşkilatının Ankarada fövqəladə toplantısı keçirildi!

Zəlzələ ilə sarsılan Türkiyəmizə Turan elləri bir daha yüksək həmrəylik və açıq dəstək nümayış etdirdi. Bu, həm də seçkilərə girən Prezident Ərdoğana açıq dəstək idi…

Dünyaya və nöqtə atışı ilə bir sıra yaramaz dövlətlərə də mesajlar verildi!

Prezident Əliyevin çıxışı və səsləndirdiyi ismarışlar isə məzmun və mahiyyətcə gerçəkdən möhtəşəm idi.

Həmin çıxışın kiçik bir hissəsini bu yazının müşayiəti ilə paylaşırıq. Bir özünüz də baxın, təhlil edin!

Bu kiçik parçadakı böyük ismarışlar yalnız İrana deyil, özümüzə də göndərişdir! Biz 50 milyonuq, biz böyüyük və biz Böyük Türk Dünyasının önəmli bir üzvüyük! Biz BİRLƏŞMƏ HAQQI olan bölünmüş millətlərdən biriyik! Vyetnam, Alman, Koreya xalqları kimi, bizim də Azərbaycan

Türkləri olaraq, birləşmə haqqımız vardır!

Bu haqq üçün savaşan milyonlarla soydaşımız, 50 milyon azərbaycanlının lideri olan qətiyyətli Prezidentimiz, yanımızda və dəstəyimizdə olan Türk Dövlətləri var! Həm də təkcə onlar deyil dəstəkçimiz: Əliyevin diplomatik zəkası hətta bir-biri ilə qarşıdurmada olan önəmli dövlətləri də Azərbaycana, onun qlobal layihələrinə, Türk Birliyi hədəfinə müttəfiq edib…

12f7b095-b904-4e06-a29b-8f499d4b172a.jpg (65 KB)

Bu iş olacaq! Bu iş olmasa, Turan da olmaz!

İlham Əliyev gerçəkləşməsi real və yaxında olmayan hər hansı meqa layihəyə qol qoymazdı; onu heç gündəmə də gətirməzdi!

Qarabağ dedi, Şuşa dedi, Zəfər dedi: bunları cəmi 44 günə etdi!

Türk Birliyi dedi, Naxçıvandan başlayan bir sürəci 12 il içərisində qardaşı Ədoğanla birlikdə Yeni Turana çevirdi! Bu gün Ankarada gövdə göstərisi yapan TDT bu iki liderin əsəridir! Bu gün bu iki qardaş lider gözlərimizin önündəcə bizlərin, bizdən ötəki nəsillərin 1000 illik xəyallarını gerçəkləşdirir, Turan qurur, Türk dünyasını birləşdirirlər!

Baş Buğların Ankara zirvəsindən görüntülər xəbər məkanını bəzəməkdədir…

…İlham Əliyevin bu mesajına diqqətlə baxın:

İran viran olacaq, 50 milyonluq Azərbaycan Türkləri bir dövlətdə və Turanda birləşəcək!

Az qaldı…