Polis rəisi təhdid edilən Gəncə sakininin problemini həll etdi -VİDEO

Əsas Manşet ÖLKƏ
Spread the love

Xəbər verdiyimiz kimi Gəncə şəhəri Sadılı qəsəbəsinin ərazisində yaşayan Soltanov Akif Məcid oğlu təhdid edilməsi ilə bağlı Dünyanınsəsi.Az saytı vasitəsi ilə hüquq mühavizə orqanlarına müraciət etmişdi.

Dünyanınsəsi.az-ın məlumatına görə, artıq şikayətçi Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunub və Baş idarənin rəisi general Teymur Hacıyev vətəndaşın üzləşdiyi problemin həlli üçün müvafiq addımlar atıb.

Təhdid edildiyini deyən Soltanov Akif Məcid oğlunun Polis İdarəsinə dəvət edildikdən sonra verdiyi açıqlamanı təqdim edirik:

Xatırladaq ki, Soltanov Akif Məcid oğlu may ayının 10-da şikayət ərizəsi vasitəsi ilə Prezident İlham Əliyevə, Baş  Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev müraciət edərək, təhlükəsizliyinin təmin olunması üçün kömək istəmişdi.