Polis mayoru Kəlbəcərin polis rəisini talançılıqda ittiham etdi-Şok detallar

Hit QALMAQAL
Spread the love
Sabiq polis mayoru Habil Atayev Kəlbəcər rayon Polis Şöbəsinin rəisi Haqverdi Əkbərovun özbaşınalığından Prezidentə səslənməklə həm də onu talançılıqda ittiham etdi.
3 ədəd şevralet maşın , 82 ədəd at , 6 ton mis və 600 baş iribuynuzlu mal-qara əldə etdiyi söylənən Kəlbəcər rayon polis şöbəsinin rəisi Haqverdi Əkbərov şəhid atası eşidə – eşidə ” Mən şəhid – zad tanımıram ” – deyib.
Bu barədə Dünyanınsəsi.Az saytına Şəhid Leytenant  Nicat Atayevin atası , ehtiyatda olan polis mayoru , 1-ci  Qarabağ müharibəsi iştirakçısı Habil Atayev məlumat verib.
Füzuli uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Nicatın atası 19.07..2021 tarixində Kəlbəcər rayon polis şöbəsinə gedərək , boya – başa çatdığı və əzizlərinin məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna getmək istəyini bildirib. Əvvəlcədən köməklik edərik – deyənlər sonradan telefonu götürməyib.
Şəhid leytenant Atayev Nicat
Habil Atayev Göygöl rayonunun Toğanalı kəndində posta gedərək əməkdaşlara – “Haqverdi müəllimə zəng çatmır , siz ona zəng edin”- demişdir. Şəhid atası özü eşidə – eşidə isə polis rəisi  “mən şəhid ailəsini tanımıram, tanımaq da istəmirəm” – deyib
Şəhid atası Haqverdi Əkbərov onun Kəlbəcərdəki talançılıqlarını görüb ifşa edəcəyini bildiyi üçün digər çoxsaylı maşınların içərisində azyaşlı uşaqların rayona getdiyi halda onun getməsinə mane törətdiyini söyləyir.
” Mən Vətən yolunda oğul itirmişəm. Haqverdi müəllim isə Kəlbəcər alınandan qarətlə məşğul olmuşdur.Belə ki ermənidən miras qalan 3 ədəd şevralet maşın , 82 ədəd at , 6 ton mis və 600 baş iribuynuzlu mal-qara əldə etmişdir.Hazırda həmin təssərüfatı  Kəlbəcər rayonunun Qoşdaş adlanan yaylağında saxlanılır”.
Ehtiyatda olan zabit dediklərinin hər birini təqdim etməyə hazır olduğunu da söyləyir.
Şəhid atası məsələ ilə bağlı ölkə başçısına , Vitse- prezidentə və Daxili İşlər nazirinə müraciət ünvanlayıb.
P.S. Qeyd edək ki, Haqverdi Əkbərov 2017 – ci ildən Kəlbəcər rayon polis idarəsinin rəisidir. Əvvəllər isə Ağsu RPŞ – nin rəis köməkçisi olub.
Redaksiya olaraq Kəlbəcər RPŞ-nin rəisi polis polkovniki Haqverdi Əkbərovun mövqeyini dərc edə bilərik.
Ölkə daxilində vətəndaşların hüquq və azadlıqlarını pozan (hərəkət azadlığıı) bu Konstitusiya əleyhinə qərarlar niyə milli məclisdə müzakirə edilmir? Əgər Kəlbəcərə getmək təhlükəlidirsə hər gün onlarla kənd və qəsəvlərdən çəkilmiş video və fotolar sosial şəbəkələrə necə yerləşdirilir?
Dünyanınsəsi.Az