
“Polad Həşimov adına sinif”də Xocalı soyqırımı ilə bağlı xüsusi dərs-FOTOLAR
Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan 2b sinfində “Xocalı Şəhidlərinin Şahidiyik!” mövzusunda keçirilən nümunəvi dinləmə dərsi hər kəsin diqqətini çəkib.
Kanal32.az-ın məlumatına görə,Yevlax şəhər M.Ə.Sabir adına 2 №-li tam orta məktəbində Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan 2b sinfində ibtidai sinif müəllimi Jalə Həsənovanın “Xocalı Şəhidlərinin Şahidiyik!”adlı nümunəvi dinləmə dərsi keçirilib. Xocalı soyqırımının 30 illiyi çərçivəsində keçirilən dərsdə Yevlax Şəhər Təhsil şöbəsinin məshətçisi, məktəbin direktoru Sədaqət Şükürova və müavinləri,Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova,Tarix Diyarşünaslıq muzeyinin direktoru Kəmalə Mikayılova və Xocalı sakini, qətliamın canlı şahidi Maya Əsgərova,eləcə də El televiziyasının “Bu səhər” informasiya proqramının və “ZamAnında” proqramının aparıcısı, Baş redaktoru İnqilab Şirinbəyli,həmçinin El televiziyasının çəkiliş qrupu iştirak edib.
Dərsdən öncə qonaqlar Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan 2b sinif şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra İbtidai sinif müəllimi Jalə Həsənova şagirdləri və qonaqları salamyaraq Nümunəvi dərsi açıq elan edib. Müasir təlim üsulları əsasında qurulan dərs resursların zənginliyi ilə diqqət çəkib. Öncə Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
4 qrupa- “Torpaq”, “Sülh”, “Şuşa” və “Vətən” qruplarına bölünən şagirdlər aktiv şəkildə dərsə qoşulublar və tədqiqat sualı ətrafında fikir mübadiləsi aparıblar.Öyrətmək üçün inandırmaq,öyrənmək üçün inanmaq devzi ilə keçirlən dərsin gedişi zamanı “Torpaq” qrupu 1-ci Qarabağ müharibəsi,“Sülh” qrupu 2-ci Qarabağ savaşı, “Şuşa” qrupu Tovuz döyüşləri və “Vətən” qrupu isə Aprel döyüşləri, eyni zamanda Şəhidlərimizin adları haqqında təqdimatlar ediblər.
Hər bir qrup 20-ci əsrdən başlamış bu günə kimi xalqımızın başına gətirilən soyqrımlardan-31 mart soyqırımından, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya və digər soyqrım aktlarından danışıblar, Vətənə aid kələmlar, müdirik sözlər, eyni zamanda Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.
Vətənpərvərlik və qəhrəmanlıq müsiqlərinin də səsləndirildiyi nümunəvi dəsrin sonunda şagirdlərinin qiymətləndirilməsi aparılıb. Müəllimə qiymətləndirmə zamanı kreativ bir üsüldan istifadə edib. Belə ki, o, şagirdlərin qrup işlərinin qiymətələndirilməsində Xarı bülübül simvollarından istifadə edib.
2b sinfinin müəllimi Jalə Həsənova bildirib ki, keçirilən nümunəvi dəsrin mövzusu təsadüfü seçilməyib. Bu qəbildən
olan mövzuların aşağı siniflərdə əyani vəsaitlər və praktik işlərlə tədrisi ideoloji və vətənpərvərlik hisslərinin aşılanması baxımlndan olduqca mühüm əhəmiyyət kəsb edir.
“Xocalı Şəhidlərinin Şahidiyik!” mövzusunda keçirilən Nümunəvi dinləmə dərsində iştirak edən qonaqlar dərsin metodik baxımdan pedoqoji ustalıqla keçirilidiyini, şagirdlərin hazıqlıq səviyyəsini və dərsin ideolji yükünü yüksək qiymətləndiriblər.