
Türkiyənin məşhur tele kanalı həbsdə olan jurnalistdən reportaj yayımladı-Video
Hal-hazırda həbsdə saxlanılan jurnalist Polad Aslanovun ailə üzvüləri Türkiyənin məşhur tele kanalı ” Akit tv”-yə müraciət ediblər.
Jurnalistin ailəsi Polad Aslanovun səhhətinin ağır olması ilə bağlı fəryad qoparır.Və bildirirlər ki, jurnalist ölüm ayağındadır çəkisi 42 kq-a düşməklə həm də ürək-damar çatışmamazlığından əziyyət çəkir.Polad Aslanovun özü isə mətubat vasitəsi ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan ona köməklik edilməsini xahiş edir.
Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist Polad Aslanov barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb. Məhkəmə qapalı rejimdə keçirilib.
Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.
Sərhədsiz Reportyorlar redaktorun həbsini pisləyir
Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.
Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.
Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.