PKK terrorçuları Saxsıtəpə kəndində azərbaycanlılara basqın edib, qadınları qaçırmaq istəyib

DÜNYA Əsas Manşet
Spread the love

Cənubi Azərbaycanda PKK terrorçuları kəndə hücum edib, qadınları zorla qaçırmaq istəyib, azyaşlı uşaqları döyüb və bəzi məlumatlara görə, kəndin kişilərindən bir neçə nəfəri özləri ilə aparıblar.

virtualaz.org xəbər verir ki, bu haqda Cənubi Azərbaycandan olan jurnalist Mesut Haray özünün sosial şəbəkə hesabından bildirib, kənddən çəkdiyi videonu paylaşıb. O bildirir ki, PKK-çılar Sulduz şəhəri yaxınlığındakı bəzi kəndlərə, o cümlədən Saxsıtəpə kəndinə basqın ediblər.

 

Jurnalistin yaydığı videolardan birində azyaşlı qız uşağı ağlayaraq anasının PKK-çılar tərəfindən qaçırılmağa cəhd edildiyini danışır. Bildirir ki, basqın edənlər anasını sürüyərək zorla maşına aparmaq istəyiblər: “Bu vaxt mən anamın qolundan yapışıb ağladım, onlar məni vurdular”. Videoda qız uşağının gözünün altının yumruq zərbəsindən qaraldığı görünür.

 

“Güney Azərbaycanın Sulduz şəhərinin Saksıtəpə kəndindən acı xəbər: bir Türk, bir Kürd kəndlisinin davasından sonra kürdlər Saxsıtəpə kəndində türk ailələrinin evlərinə basqın edir, onları zorla aparır. Qız uşaqlarını, qadınları döyüblər və 15 ailəni evlərindən qovublar”,-jurnalist yazır.

Başqa videoda isə qucağında körpəsini tutan qadın PKK-çıların onu qaçırmaq istədiyini göz yaşları içində danışır.

Bildirilir ki, kəndlilər evlərini tərk edərək qonşu kəndlərə sığınıblar, kənd sakini bəzi kişilərin PKK-çılar tərəfindən qaçırıldığı da deyilir. Mesut Haray PKK-çılara İran dövlətinin də dəstək verdiyini, onların bölgədə türklərə qarşı terror mühiti yaratdığını deyir.

Dunyaninsesi.Az