Pentaqon rəhbəri gələn həftə Gürcüstana gələcək

HADİSƏ Hit
Spread the love

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat yayıb.

O bildirib ki, nazir gələn həftə Avropaya yola düşəcək. L.Ostinin Gürcüstan, Ukrayna və Rumıniyaya səfər edəcəyi, proqramına Brüsseldə müttəfiq və tərəfdaş ölkələrin nazirlərinin iclası ilə yekun vuracağı bildirilib.

Amerikalı müdafiə nazirin səfərinin dəqiq tarixi açıqlanmayıb.