“Pençe Kilit” əməliyyatında 61 terrorçu məhv edilib

HADİSƏ Hit
Spread the love
  • “Pençe Kilit” antiterror əməliyyatı uğurla davam edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, İraqın şimalında antiterror əməliyyatı çərçivəsində İndiyədək 61 terrorçu zərərsizləşdirilib.

“Terrorçulara məxsus 82 mağara və sığınacaq dağıdılıb, 413 əldəqayırma partlayıcı məhv edilib. Axtarış fəaliyyətlərimiz davam edir. Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Bizim terrorçulardan başqa hədəfimiz yoxdur. Fəaliyyətimiz çərçivəsində dostumuz, qonşumuz və qardaşımız İraqın sərhədlərinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə son dərəcə hörmətlə yanaşırıq”, – deyə nazir bildirib.