Pekin Tehranı izolyasiyadan çıxarır – ABŞ ağır diplomatik məğlubiyyətə UĞRADI

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

Çin və İran ötən gün geniş strateji əməkdaşlıq barədə müqavilə imzaladı. Dünyanınsəsi.Az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə yaxın 25 ili əhatə edəcək.

Şərtlərə əsasən, Çin İranın energetika və infrastrukturuna maliyyə yatıracaq. Yaxın 25 ildə stabil neft təminatı qarşılığında rəsmi Pekin Tehrana 400 milyard dollar vəsait qoyacaq.

 

ABŞ sanksiyalarına görə, Çin İranın əsas ticarət tərəfdaşına çevrilib. Xarici işlər naziri Cavad Zərif Çini “çətin günlərin dostu” adlandırıb və “ədalətsiz sanksyalar dönəmində” mövqeyinə görə təşəkkür edib.

 

Razılaşma faktiki olaraq, İranın beynəlxalq izolyasiyasına son qoyuq və ABŞ-ın ölkəni siyasi və iqtisadi baxımdan təzyiq altında saxlamaq planlarını puç edir.