“Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik…” – Polkovnik-leytenant

Hit QARABAĞ
Spread the love

“Ağdərəni niyə almadıq?”, iradla soruşanlara.

Əvvəl aydınlıq gətirək ki, irad mənə aid deyil. 92-ci ildə Ağdərəyə(Mardakertə) ilk daxil olan tankçı kimi mən də istərdim, Ağdərə alınsın, Xankəndi alınsın, Xocalıya əhalimiz dərhal köçsün. Bu, müharibə arzuları idi. Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik(şəxsən mən də döyüş sırasında). Lakin atəşkəs imzalandı, müharibə bitdi, hərbi arzular donduruldu.

Qədim Çin hərb mütəfəkkiri Sun-Szıdan tutmuş ABŞ kimi fövqaldövlətin ideoloqlarından olan Henri Kissinjer və bütün hərbi strategiyalar deyirl ki, “Müharibəni istədiyiniz vaxt başlaya bilirsiniz, ancaq istədiyiniz vaxt dayandıra bilmirsiniz”. Bunun səbəbi ondadır ki, mübarizə metodu səhv seçilmişdi yaxud qalib vaxtında dayana bilmir.

Şuşa bizdədirsə, Qarabağa hərbi nəzarət bizdədir. Qarabağ bizdədirsə, ikinci erməni dövlətinin torpaqlarımızda yaranması mümkünsüzdür.

Düşmən təslim olmağa hazır olduğu şəraitdə, Rusiyanın atəşkəs təklifini rədd edib, Xankəndini alıb, Araiki qandallamaq üçün dünyanı, BMT-i TŞ-ı qarşımıza almalıyıq, müharibə indiyə kimi uzanacaqdı ya düşünməliyik, madam belədir, Xankəndi onsuzda Şuşadan ovucumun içindədir, Laçın, Kəlbəcər Qarabağı arxadan bağlayır, düşmən ordusu darmadağın olub, görünən perspektivdə ordu ilə üstümüzə gəlmək şansı yoxdur və bələyindəcə boğulacaq, qalanını siyasi yollarla qalib mövqeyindən həll etmək olar…?

Müharibəni ən əlverişli şəraitdə bitirmək qələbənin özüdür. Digər parlaq göstəriciləri ilə bərabər, bu göstəriciyə görə də Qələbəmiz mükəmməldir, nadir dünya hərb və diplomatiya incisidir.

Nazim Bayram,

Qarabağ Qazisi, ehtiyyatda olan polkovnik-leytenant

“Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik...”  - Polkovnik-leytenant