Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib

Hit QARABAĞ
Spread the love

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

Dünyanınsəsii.info xəbər verir ki, bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.

Dünyanınsəsi.info