“Paris Afinanı Ankara ilə qarşıdurmaya təhrik edir” – Türkiyə XİN

DÜNYA Hit
Spread the love

Fransanın hərəkətləri Şərqi Aralıq dənizində gərginliyin artmasına kömək edir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hami Aksoy Fransa hərbi-dəniz qüvvələrinin Kiprin cənubuna «Yunanıstan, İtaliya və Kiprin yunan hissəsi ilə birgə təlimlər keçirmək» bəhanəsi altında təyyarələr göndərməsini şərh edərkən bildirib.

Bu barədə Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

Türkiyə Xarici İşlər Nazirliyində (XİN) xatırladıblar ki, Fransa Kipr üzrə 1960-cı il razılaşmasının qarant-ölkələri sırasına daxil deyil və istənilən an və ya uzunmüddətli dövrdə Fransa aviasiyasının adada dislokasiyası qeyri-qanunidir. Türkiyə XİN nümayəndəsinin sözlərinə görə, Paris Afinanı və kiprli-yunanları Ankara ilə qarşıdurmaya təhrik edir.

«Bir daha bəyan edirik, Türkiyənin və Kiprin türk icmasının maraqlarını qulaqardına vuran istənilən addım iflasa məhkumdur» – Aksoy qeyd edib.

Dünyanınsəsi.info