” Pandemiya olmasaydı, yoxsa ərəblər Bakının mərkəzində əxlaqımızı məhv etmişdilər…”

Hit REDAKSİYA SEÇİMİ
Spread the love
“Əgər Şeyx Əbdülün bu qədər xidmətlərinin müqabilində onun  müalicəsiylə bağlı çağırışına cavab vermirlərsə, saya salmırlarsa, bu cür məmləkətdən nə gözləyirdiniz ki? Prezidentin başı Qarabağa, Şuşaya qarışıb. Gecə gündüz ordadır, dünya qarşısında söz verib, öhdəlik götürüb. Adamın üstündə Allahı var. Məmurlardan bundan istifadə edib Azərbaycanı çapıb-talayırlar”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Ş.Əbdül ölkədəki məmur özbaşınalığını sərt tənqid edib:
“Mən bunları danışanda deyirlər ki, Şeyx yenə başladı. Azərbaycanda neçə müddətdir ki, tayfa hakimiyyəti davam edir. Əgər Şeyx Əbdülün bu qədər xidmətlərinin müqabilində onun  müalicəsiylə bağlı çağırışına cavab vermirlərsə, saya salmırlarsa, bu cür məmləkətdən nə gözləyirdiniz ki? Prezidentin başı Qarabağa, Şuşaya qarışıb. Gecə gündüz ordadır, dünya qarşısında söz verib, öhdəlik götürüb. Adamın üstündə Allahı var. Məmurlardan bundan istifadə edib Azərbaycanı çapıb-talayırlar. Bu birinci dəfə deyil ki.  Bir adamı vəzifəyə qoyurlar, o 4-5 il ərzində bütün işləri görür və daha sonra israfçılıqla məşğul olur. İstənilən nazirliyi yoxlasalar, özləri şoka düşərlər. O nazirliklərin heç birində kənardan gələn adam yoxdur, hamısında öz qohum-əqrabalarıdır. İki üç nəfər də kənardan götürüb gözdən pərdə asırlar. Bir idarədə bir ailədən bir adam işləməlidir. Bu ənənə, eybəcər hal dayandırılmalıdır. Bunların hamısı rüşvətə qurşanıblar”.
Ş.Əbdül səhhətindəki problemləri də dilə gətirib:
“Mənim gündəlik müalicəmə 400-500 manat pul lazımdır. Yazırlar ki, filan məmurun evi, villası, bankı var. Sual olunur ki, onlar bütün bunları necə əldə ediblər. Hamısı Bakıya cırıq şalvarla gəlib, 99 faizini tanıyıram. Eləsi olub ki, qonşudan yolpulu alıb Bakıya gəlib. Bir vəzifədə 10-15 il işləmək olmaz axı. Amma mən bir həftədir Heydər Əliyev Fonduna zəng vururam, düşə bilmirəm. Xahiş edirəm ki, mənə cavab versinlər. Müalicəmlə bağlı zəng vururam”.
Xalq artisti ölkəmizdə özbaşınalıq edən ərəblərə yerli məmurların şərait yaratdığını bildirib:
“Ərəblərin ölkəmizdə bu birinci hadisəsi deyil. Ərəbin pulu var, dünyanı gəzir, ov edir. Azərbaycanda da qamışlıq ərazilərdə quşlar çox olur. Bəs görən bunlar niyə cəzalandırılmır?! Mən Azərbaycanın Xalq artisti olaraq adicə bir JEK müdirinin qəbuluna düşə bilmirəm. Mümkün olan şey deyil. Ölkə başçısı deyir ki, xalqa xidmət edirəm. Amma bu məmurlar xalqa xidmət etmir axı, cənab prezident. Bunlar sizi də, bizi də aldadırlar. Mən   müvafiq orqanlarımızdan xahiş edirəm ki, bir adamı vəzifədə beş ildən artıq qoymasınlar. Ərəblər gəlib milyonlar xərcləyib ölkənin ekalogiyasını məhv edib gedir. Bu şəraiti onlara kim yaradıb, ərəb “quşxana” tanıyır? Əgər Kəmaləddin müəllimin adıyla ölkədə alver gedirsə, onda niyə buna cavab vermir? Hərdən fikirləşirəm ki, nə yaxşı pandemiya oldu. Yoxsa bu ərəblər Bakının mərkəzində əxlaqımızı, mənəviyyatımızı məhv etmişdilər. Sizi inandırıram ki, həmin ərəbin yanında Azərbaycanın say-seçmə canikləri də var. Bunları qoşublar ki, istirahətlərini təmin etsinlər. Milli mənəviyyatları olmadığı üçün buna görə heç ürəkləri də ağrımır”.
Ş.Əbdül bu gün dövlət tərəfindən verilən bir çox imtiyazlardan kənarda qaldığını deyib:
“Mən boyda adam prezident təqaüdü ala bilmirəm, amma mənə salam verməyi özlərinə şərəf sayanlar kiminsə zəngiylə taqaüd də, təmirli mənzil də alır. Mən isə mansarda yaşayıram. Nə qədər ki, Azərbaycan qohum-əqrabalarla idarə olunur və bu belə də olacaq. Bunlar xalqı adam yerinə qoymurlar. Azərbaycanı işğal edib oturublar, özlərinin mühafizəçiləri də var. Bunun üçün millət tələb etməlidir. Müharibədə bu qədər oğullarımız şəhid oldu. Deyin görüm onların uşaqlarının birinin burnu qanadımı? Balaları erməniyə bir güllə atmayıbsa, niyə dədələri Azərbaycanı çapıb-talamalıdır. Onların buna hansı mənəvi haqqı var?”.
Dünyanınsəsi.Az