“Pambıq yığmırıq ki, kəsirimiz olsun. Bu, kimlərinsə siyasi oyunu idi…”

Hit MÜSAHİBƏ
Spread the love

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün görülmüş işlər barədə jurnalistlər qarşısında hesabat verərəkən komitədə yoxlamaların aparılması, böyük həcmdə kəsirin yaranması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib. Əməkdaşımız xəbər verir ki, S.Mehdiyev bu məlumatların “kimlərinsə siyasi oyunları” olduğunu deyib.

“Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır. Bəzi ekspertlər artımı gömrük yığımlarındakı artımı  devalvasiya ilə əlaqəndirirlər. Bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik.  Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”,-Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

“DGK bu xəbərə sadəcə üzülüb. Bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunudur. Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun. Son 3 il ərzində 2 milyard manat əlavə vəsait büdcəyə toplanıb. Bu, cənab prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurları görməyənlər kordur və ictimaiyyətə bu cür yalanların səviyyəsinə enmək fikrimiz yoxdur”, – Səfər Mehdiyev belə deyib.