“Özgün Yapı Sənaye”şirkəti külli miqdar vergidən yayınır- FOTO+VİDEO

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

“Büdcəni talayanlara “gözün üstə qaşın var” deyən olmur”
Ölkədə məmur özbaşınalığı rüşvət və korrupsiyanın tüğyan etməsi hər kəsə bəllidir.Məmurların tutmuş olduğu vəzifə səlahiyyətlərində necə sui-istifadə edərək dövlət büdcəsindən külli miqdar vəsaitlərin həzmraberdən kecirməsi də heç kəsdə təəccüb doğurmur.Real bir fakta diqqət yetirək.Ölkəmizin yol infrastuktukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulmasına həm dövlət büdcəsindən həm də Dünya İnkişaf Bankı xətti ilə hər il külli miqdar vəsaitlər xərclənir. Amma yollların çəkilməsinə xaricdən dəvət edilən şirkət və mütəxəssilərinə eləcədə yerli işçilərə rəsmi və qeyri-rəsmi olatraq iki cür maaş verilir.Belə şirkətlərdən biri Gəncə-Qazax-Gürcüstan avtomobil yolunu çəkən “Özgün Yapı Sənaye”şirkətidir.Sözügedən şirkətdə 500 -dən çox işçinin çalışmasını nəzərə aldıqda bu külli miqdar vergidən yayınma deməkdir.
Bu haqda Dünyanınsəsi.info-ya göndərilmiş əməkhaqqı cədvəllərindən aydın olur ki, rəsmi olaraq kartla 500 manat qeyri-rəsmi olaraq əllə 1500 manat verilir.Cədvəllərdə açıq aydın görmək olur ki, rəhbər vəzifələrdə işləyən mütəxəssislər yüksək və fəhlə digər kateqoriyadan olan işçilər isə az maaşla göstərilib.Bu cür maxinasiyaların rəsmiləşdirlməsinin  müəllifi şirkətin baş mühasibi Binyamin adlı Türk vətəndaşının olduğu deyilir.

 

“Özgün Yapı Sənaye”şirkətində “Burda mənəm, Bağdadda kor xəlifə” deyənlərdə var.Onlar öz xidməti vəzifələrini ancaq “it” gəzdirmək və yemləməklə keçirirlər. Onlar “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  (AAYDA) sədri Saleh Məmmədovun nəzarətçi qrupunu təmsil edirlər.Biri inspektor Toğrul Rzayev digəri isə material mühəndisi Ayxan Ağaliyevdir.Bu qəhrəmanlarımız AAYDA-nın İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlının  yaxın dostlarıdır.Toxunulmaz olan  bu şəxslərin vəzifələri şirkətin gördüyü işlərə nəzarət etməkdən ibarət olsada ancaq günlərini belə şeylərlə  keçirirlər. Əgər bu belə olmasaydı heç bir təcürbəsi olmayan Ayxan Ağalıyev material mühəndisi kimi işə qəbul edilə bilməzdi. Nəticədə Özgün Yapı Sənaye” şirkətinin çəkmiş olduğu  yollar isə bu cür bərbad olmazdı.

 

(AAYDA) sədri Saleh Məmmədov yəqin ki. bu cür hadsisələrdən xəbərdardır.Qaldı ki əməkhaqqların rəsmi və qeyri-rəsmi hissələrlə verilməsinə bu hal bir başa cinayətdir.Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azalmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir.Müharibə şəraitində olan ölkənin büdcəsinə ödənilməli olan vəsaitlərin həzmraberdən keçirlməsi bir başa xəyanətdir.İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Özgün Yapı Sənaye” şirkətinin fəaliyyəti yoxlanılacaq.

 

 

/araşdırmamız davam edir/

DunyaninSesi.az yazıda yer alan faktlara görə adıkeçən şirkət və şəxslərin söz haqqını tanıyır.

Dünyanınsəsi.Az