Özgün Yapı A.Ş Yolları Niyə Keyfiyyətsiz Materiallardan Çəkir ? -Foto +Video – yenilənib

Əsas Manşet ÖLKƏ
Spread the love
Ölkəmizin  yol infrastuktukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulmasına həm dövlət büdcəsindən həm də Dünya İnkişaf Bankı xətti ilə hər il  külli miqdar   vəsaitlər xərclənir. Amma yollların çəkilməsinə xaricdən dəvət edilən şirkət və mütəxəssilərin işlərinə nəzarət edilməsinə nədənsə göz yumulur.
“DünyanınSəsi” bildirir ki, gördüyü işlərin keyfiyyəti gözdən yayınan şirkətlərdən biri qardaş Türkiyəyə məxsus “Özgün” şirkətidir. Aldığımız məlumata görə, şirkət hazırda yeni 4 zolaqlı Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilməsi layinəsində əsas podratçı kimi tanınır.
“Özgün” şirkəti tərəfindən Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişi zamanı tələb edilən materialların aidiyyatı üzrə düzgün seçilməməsi barədə iddialar dolaşır. Və bu sahəyə maddi məsul şəxs olan material mühəndisi Candan Basunun labarotor analizlərə göz yumması, məsuliyyət daşıdığı işin axsaması müşahidə olunur. Ondan əvvəlki materiallar üzrə mühəndis işləmiş Kumar Kupta adında material mühəndisinin də eyni yolla verilən materialları dəqiq labaratoriya analizindən kecirmədiyi və materialların tərkibi haqqında düzgün qərar məlum olanadək istifadəsinə icazə verirmiş.
Özgün şirkətinin rəhbəri Sabit bəy labaratoriya analizlərinin nəticələri üstündə mövqeyindən çəkinməyən Lenardo ve Kumar Kupta kimi savadlı mütəxəssisləri işdən qovduğu barədə şaiyələr var.  Onların şirkətdən uzaqlaşdırılması kollektivdə hiddətə belə səbəb olubmuş.
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Şəki layihəsindən bu  yol tikintisinə dəvət edilən Hindistanlı Candan Basu da işlədiyi 6 ay müddətində bir dəfə də olsun labaratoriyaya daxil olmayıb. Məhz buna görə də  Şəmkir yolunun 8-10-cu km-də və gələcək çöl  (Baypas) yolunun 17- 20- ci kilometrinə verilməli olan ROKFL (yəni çay daşı-dolğu materialı) əvəzinə  ağ daş (tabaşir tərkibli), gəc materialı və üzərinə də torpaq qatı əlavə edilib. Bu cür tikinti normalarının pozulması isə o deməkdir ki, dövlətimizin milyonlar ayırdığı bu yol gələcəkdə çökəcək. Yeni yol layihəsində tikintidə tələb edilən material və digər normativ qaydaların kobud surətdə pozulması haqda fotofaktlar mövcuddur.
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Gəncə-Qazax-Gürcüstan avtomobil yolunu keyfiyyətsiz materiallardan inşa etməsi faktına görə “ÖZGÜN YAPİ A.Ş”ın Hindistanlı Material Mühəndisi Candan Basunun üzürsüz səbəblərdən məzuniyyət adi ilə ölkəni tərk etdiyi bildirilir.
Ümid edirik ki, yuxarıda qeyd etiyimiz halları “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və müvəkkil bankın səlahiyyət sahibləri tətəfindən ciddi araşdırmalar aparılacaq.
Bildirək  ki, yeni çəkiləcək avtomobil yolunun eni 27,5 metr, hərəkət hissəsi 15 metrdir. Bundan əlavə, yolda 16 ədəd körpü, 14 ədəd keçid və 163 ədəd suötürücü boruların quraşdırılması və ya yenidən bərpa olunması nəzərdə tutulur.
Ümumilikdə Layihə yolunun 16 km ərazisində yol yenidən qurulacaq. Yerdə qalan hissəsində mövcud yolun genişləndirilməsi planlaşdırılır.

/araşdırmamız davam edir/

DunyaninSesi.az yazıda yer alan faktlara görə adıkeçən şirkət və şəxslərin söz haqqını tanıyır.
DünyanınSəsi.Az