Onlar meydana çıxsa, İran rejimi çökəcək – Rus politoloq

DÜNYA
Spread the love
Vaşinqton hər etirazda İran rejiminin çökməsinin əlamətlərini görmək istəyir və bu barədə danışmaq hələ tezdir. Ancaq ölkədə gərginlik artan xətt üzrə gedir.
DunyanınSesi  Teleqraf.com-a  istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Yuliya Sveşnikova deyib.
İranda orta təbəqənin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirən ekspertin sözlərinə görə, iranlı işəgötürənlər maaş alan işçilər üçün qısamüddətli müqavilələr təklif edir:
“Bu, əhali arasında narahatlığın səviyyəsini artırır. İndi İranda daha az adam gələcəyə inamlıdır”.
Mütəxəssis İranda son etirazların iki il əvvəl başladığını və hələ sona çatmadığını xatırladıb: “Ancaq çətin ki, Tehran orta sinif küçəyə çıxana qədər taleyindən narahat olsun. Vaxtilə orta təbəqə etirazlara qoşulmağa başlamışdı, indiyə qədər hələ də ölkədə onların qisas qorxusu hökm sürür.
İrandakı vəziyyət “itirəcək bir şeyimiz yoxdur” səviyyəsinə çatmadı. Amma İranda islam dəyərlərini ideal hesab etməyən nəsil yetişir, buna görə də vəziyyət partlayış həddinə gəlib çatıb”.
DunyaninSesi.AZ