
Ölən erməni hərbçilərinin sayı 16-ya çatdı – Əsgərin qalıqları hələ də valideynlərinə təhvil verilməyib
İki gün əvvəl Ermənistan ordusunun hərbi hissisəində baş vermiş yanğın nəticəsində yaralanan hərbçilərən sıravi Hayk Kirakosyan ölüb.
“Dunyaninsesi.Az ” xəbər verir ki, bu barədə erməni mediasına ölən əsgərin qohumu Meline Kirakosyan bildirib.
“Hayk Kirakosyan Armavir rayonunun Metsamor kəndindən idi. Qardaş və bacısı olan ailənin böyük uşağı idi. Yanvarın 24-ü onun orduya çağırılmasının bir ili tamam olmalı idi. Hayk Kirakosyan sentyabr hərbi əməliyyatlarının iştirakçısı olub”, – məlumatda qeyd olunur.
Əsgərin qalıqları hələ də valideynlərinə təhvil verilməyib, bundan əvvəl əsgərin nəşi DNT testindən keçməsi lazımdır.
Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis rotasının sığınacağında yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 15 hərbçi həlak olub, 6 nəfər yaralanıb, onlardan biri zabitdir.
Dunyaninsesi.Az