Oğuzda velosipedçini avtomobil vurub

Kateqoriyasız
Spread the love
Oğuz rayonunda velosipedçini avtomobil vurub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Padar kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Əmrah Vüqar oğlu Yusifovu velosipedlə hərəkətdə olarkən Azad Əli oğlu Tahirov idarə etdiyi “Niva” markalı avtomobillə vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.