Oğlunun nikah mərasiminə gedən ana qəzada həlak oldu

HADİSƏ
Spread the love

İstanbulun Arnavutköy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölən şəxs Ayşe Gülen Özkan adlı qadın olub. O, qohumları ilə birlikdə oğlunun nikah mərasiminə gedirmiş.

Təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb.