
Nulanddan Rusiyaya NÜVƏ XƏBƏRDARLIĞI: “Heç vaxt özünə gələ bilməyəcək”
“Rusiya rəhbərliyinin nüvə silahından istifadə ilə hədələmələri rejimin məsuliyyətsiz davranışından xəbər verir və bu təhdidlər reallaşmağa başlasa, bunun Rusiya üçün heç vaxt sağalmayacaq nəticələri olacaq”.
DünyanınSəsi.az xəbər verir ki, bu mövqeyi “Meduza” ya müsahibəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
“Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə üçün son dərəcə məsuliyyətsiz davranışdır. Allah eləməsin ki, Putin və ya onun generalları həqiqətən belə bir qərar qəbul etməyə hazır olsunlar”, – deyə Nuland Rusiyanın nüvə silahından istifadə təhdidləri barədə suala cavab verib.
Onun sözlərinə görə, təəssüf ki, Ukraynada münaqişə başlayandan Putinin yaratdığı təhdidlərə ciddi yanaşmaq lazım olduğu məlum olub.
“Ona görə də ABŞ və müttəfiqlərimiz belə bir inkişafa hazırlaşır. Amma bu baş verərsə, o qədər böyük bir hərbi cinayət olacaq ki, nə o, nə də Rusiya bundan sonra sağalmayacaq”, – deyə ABŞ dövlət katibi yekunlaşdırıb.