Niyə Allah Cəbrayil ilə Mikayıl adlı mələyini ermənistana göndərmir?

DÜNYA Hit
Spread the love

Ermənilərdən istifadə etmək, ayağa qaldırmaq, əllərinə silah verib lap dədələrini də öldürməyə göndərmək su içmək kimi asandır

İki gün əvvəl Rusiyanın RBK telekanalı Qarabağda müharibədən sonrakı vəziyyət haqda geniş reportajına yəqin ki, çoxları baxıb. Həm Şuşada, həm İrəvanda əhalinin əhvalı ilə bağlı reportajda xüsusi bir məqam ermənilərin yenə də əvvəlki kimi düşmənçilikdən, “artsax”ın işğal” nağıllarında sırtıqca açıq danışmaları oldu. Ermənilərin bizimlə ürəkləri, diləkləri heç vaxt düz gəlməyib və gəlməyəcək də. Reportajdan bizim üçün çıxan nəticə budur…

İrəvan küçələrindəki üç-dörd erməni Ermənistandakı ümumi əhvalı əks etdirməyə bilərmi? Bunu düşünmək özü sadəlövhlük olardı, bu millət bizimlə düşmənçilikdən heç zaman vaz keçməyəcək. Ola bilsin, müəyyən bir dövrdə müharibənin çox ağır nəticələrini üzərlərindən atmaq üçün zaman qazansınlar, bir az maskalansınlar, pis ağızları ürəklərindəkini ifadə etməsin, amma yenə sonda dəyişən heç nə olmayacaq. İlk fürsətdə xain sifətlərini göstərəcəklər.

yerevan-culture-free-walking-tour-37.jpg (91 KB)

Bu düşmənçilik səbəbindən ermənilərdən istifadə etmək olduqca asandır- türkə qarşı tarixi nifrətlərini istənilən an yenidən alovlandırmaq, qurdurmuş it kimi üzərimizə salmaq mümkündür. Əgər bu düşmənçilk qanlarında olmasaydı, dəyişə bilərdilər. Hitler Almaniyası bir ağlıdan kəmin hakimiyyəti idi və ağır məğlubiyyətlə o dövr də qapandı. Almanlar əgər yenə də faşist nifrəti ilə yaşasaydılar, çoxdan yer üzərindən silinmişdilər. Amma göründüyü kimi, faşizmin məğlub olması ilə yeni bir dövr başladı, xarabaya dönmüş ölkəni yenidən qurdular, dirçəltdilər, tarixi fürsət yaranan kimi Berlin divarlarını söküb bir bayraq altında birləşdilər də. Erməni faşizmi isə fərqlidir-genetikdir, tək qanlarında deyil, iliklərindədir. Bu səbəbdən başlarına gələn müsibətdən nəticə çıxara bilmirlər, damarlarındakı zəhərli və zərərli qan onları dirçəlməyə, ölkə qurub adam kimi yaşamağa, uşaqlarına heç olmasa, normal bir dövlət miras qoymağa imkan vermir.

Bu millətin ürəyini “oxumaq” asandır, Makronu da, Baydeni də, Putini də ermənin nə “mal” olduğunu bilir. Ona görə bizə yenidən tuşladıqları silahlar səbəbindən “bunlara yenə nə oldu, kim bunları qızışdırır” kimi suallar üzərində baş sındırmağa, dərin analitikaya gərək yoxdur. Erməni əvvəlki ermənidir, bizə düşmən həmin erməni! Nə qədər qırılsalar da, bellər bükülsə də, o nifrət bu varlıqları ayaqda saxlayır.
Əgər Allahın bu milləti yaratdığından xəbəri varsa, demək bunları görk üçün yaradıb. Mənim erməniyə nifrət etmək üçün çoxsaylı şəxsi səbəblərim də var. Şəhərimi dağıdıblar, evimi yandırıblar, dostlarımı öldürüblər. Amma yenə də bu millətə rəhmim gəldiyi anlar olub, onların da analarını oğullarını qəbri üstündə ağlayan görəndə ürəyim sızlayıb. Çünki Allah da bizi belə yaradıb -rəhmli. Pisdir, yaxşıdır, bu bizim əlimzdə olan deyil. Bəlkə elə bu yaradıqları da ona görə bizə qonşu seçib ki, kökləri kəsilməsin. Başqa bir rəhmsiz qonşuları olsaydı, çoxdan erməniləri məhv edib tarixin zibilliyinə atmışdılar.

Nə edək, belə qonşu bizə qismət olub, yanımızda daima çomaq gəzdirməyə məhkum olmuşuq. Bu da bizə talenin qarğışıdır əlbət… “Görüm, ermənilər sizə qonşu olsun” deyə…

unnamed.jpg (48 KB)

İndi Xankəndi və ətraf rayonlarda təxminən 30 min qalıblar. Onların da ən yaxşı halda əli silah tutan 2 min nəfər gənci olsun. Hesab edək ki, bir neçə “Bayraqdar”lıq canlı qüvvələri var. Azərbaycanın gücünü görüblər, yenə də həmin qorxuları var, amma dinc durmurlar. Bunun siyasi səbəbləri, Rusiyanın da barmağı-filan hamısı doğrudur. Dedim axı, bu xalqdan istifadə etmək, ayağa qaldırmaq, əllərinə silah verib lap dədələrini də öldürməyə göndərmək su içmək kimi asandır. O səbəbdən əsas düşməni başqa yerdə axtarmaq lazım deyil-atan da, qaçan da, qovulan da, ölən də, öləcək də ermənidir…

Nazim SABİROĞLU