Nikola şok sual: Hamıya zəng etdiniz, Putinə yox. Niyə?

DÜNYA Hit
Spread the love

Bu gün İctimai Televiziyanın canlı efirində olan Ermənistan Baş naziri Nikol Paşinyana jurnalist Petros Qazaryanın sualı rezonans doğurub.

Axar.az xəbər verir ki, Qazaryan Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə görə Paşinyanın bir neçə ölkənin liderinə zənginə toxunub.

“Siz Gürcüstana, İrana, Almaniyaya, ABŞ-a zəng etdiniz, bir çox ölkənin liderləri ilə danışdınız, amma ilk zəngin Putinə olması məntiqli olardı, çünki bizim strateji müttəfiqimiz Rusiyadır”, – jurnalist bildirib.

Paşinyan isə həmin zənglərin məqsəd və mənasının “müəyyən nüanslardan xəbərsiz və ya məlumatsız olan partnyorları məlumatlandırmaq” olduğunu iddia edib:

“Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub”.