Nigeriyanın Kaduna vilayətində müsəlmanların yaşadığı iki kənddə 50 nəfər öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Africa-CGTN” informasiya agentliyi vilayətin qubernatoru Nasir Əl-Rubaiyə istinadla məlumat yayıb.
Qubernator bildirib ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi vilayətdə kəndlərə tez-tez silahlı hücumlar olur. Bununla belə, vilayətin rəhbəri silahlı dəstələrlə danışıqları istisna edib. Qubernatorun sözlərinə görə, Nigeriya ordusu vəziyyətə müdaxilə etməlidir. Əks-təqdirdə daha böyük faciələr baş verə bilər.
Vilayətin qubernatoru aralarında qadın və uşaqların da olduğu faciə qurbanlarının dəfn mərasimində iştirak edib.