Çərşənbə günü Tehranda İran SQ-nin Baş Qərargah binasında iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə İran-Azərbaycan Birgə Hərbi Komissiyasının ikinci iclası keçirilib.
İclasa İran SQ Baş Qərargah rəisinin müavini general Qadir Nezami və Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov sədrlik edib, xəbəri İRNA agentliyi yayıb.
Danışıqlar mövzusu hərbi nümayəndə heyətlərinin mübadiləsi, rəsmi şəxslərin səfərləri, birgə təlimlər, elmi-araşdırma, mədəniyyət və idman tədbirləri olub.
Tərəflər həmçinin Xəzərdə terrorizmə, insan alverinə, narkotrafikə qarşı mübarizə və Qafqaz regionunda təhlükəsizlik məsələlərinə toxunublar.
İran-Azərbaycan hərbi komissiyasının üçüncü iclası gələn il Bakıda keçiriləcək.