Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu

DÜNYA Hit
Spread the love

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin başçılıq etdiyi “Nur-Otan” Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Konstantin Petrov seçkilərin yekun nəticələri ilə bağlı açıqlamasında bildirib.

O, qeyd edib ki, Nur-Otan” Partiyası seçicilərin 71,09%-nin səsini yığıb.

“Partiya “Nur-Otan 71,09%-dir”, – Petrov deyib.

MSK-nın məlumatına görə, yeddi faizlik baryeri həmçinin “Ak Jol (“İşıqlı yol”) 10,95%-lə, “Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.

Parlament seçkilərində iştirak etmiş “Aıul” (“Kənd”) və “Adal” (“Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.