
NATO PA Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb
NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıyıb.
APA “interfax.ua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yehor Çernev bildirib.
“NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırım, Rusiyadakı terrorçu rejimi isə raşizm kimi tanıyıb. Yekdilliklə”, – Çernev “Facebook”da yazıb.
Qeyd edək ki, Ali Radanın nümayəndə heyəti Lüksemburqda NATO PA-nın yaz sessiyasında iştirak edir.