NATO-nun Türkiyəyə göndərdiyi 600 konteyner İtaliyadan yola düşüb

Hit İQTİSADİYYAT
Spread the love

NATO, Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə göndəriləcək 1000-dən çox konteynerdən ilk 600-ü daşıyan gəminin İtaliyadan ayrıldığını açıqlayıb.
Dünyanınsəsi.Az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, 600 konteyner daşıyan gəmi fevralın 19-da İtaliyanın Taranto limanından çıxıb.
Göndərmə NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanlığı ilə NATO-nun Dəstək və Təchizat Agentliyi arasında zəlzələlərdən zərər çəkmiş ən azı 4000 nəfərə müvəqqəti sığınacaq vermək məqsədi ilə koordinasiyanın nəticəsi olacaq.
Dünyanınsəsi.Az