Narkotiklə tutulan şəxslər oğru çıxdılar

HADİSƏ Hit
Spread the love

Gəncədə dörd nəfər narkotik üstündə saxlanılıb.

Bu haqda 20 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilindiyinə görə Yusif Cabbarov, Rəşad Ələkbərov, Ülvi Novruzov və Vüsal Əsgərov saxlanılıblar. Onların üzərindən tiryək və metamfetamin aşkarlanaraq götürülüb.

Bundan başqa, Rəşad Ələkbərov və Ülvi Novruzovun şəhər ərazisində oğurluq etdikləri də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam edir.