Müxalifət Paşinyanın Moskvaya uçuşuna mane ola bilmədi…-VİDEO

DÜNYA Hit
Spread the love
Xəbər verildiyi kimi, bu gün- yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti üçtərəfli danışıqlar aparılacağı gözlənilir.
Dünyanınsəsi.Az xəbər verir ki, işğalçı Ermənistan saytlarının yaydığı məlumata görə, günlərdir, ölkədəki müxalif qüvvələrin təşkil etdiyi etirazlara rəğmən bu gün yerli vaxtla saat 7:30 radələrində Paşinyanın korteji heç bir maneə olmadan İrəvanın “Zvartnots” hava limanına yollanıb.
Dünən qəsbkar ölkənin müxalifət nümayəndələri bəyan ediblər ki, sabah (yəni bu gün) saat 8-dən baş nazirin Moskvaya səfərinin qarşısını almaq üçün  aeroportda olacaqlar. Lakin saat 7:00-dan etibarən İrəvan polisi hava limanına gedən bütün yolları bağladığından onların bu niyyəti baş tutmayıb.
açın

 

Dünyanınsəsi.Az