Müstəqim Məmmədovun Truskovets söhbəti- İcra başçısı qonaqların az qala pişvazına çıxır

HADİSƏ Hit
Spread the love

Tərtər rayon İcra hakimiyyəıtinin başçısı Müstəqim Məmmədov xeyli vaxtdır deyirdi ki, Ukraynanın Truskavets şəhəri ilə Tərtəri qardaş şəhərlər elan edəcəm.
Məlumat üçün qeyd edək ki, Truskavets Ukraynanın Lvov vilayətində Tibbi Sanatoriyasıdır.
Sözün düzü, Müstəqim Məmmədovun bu qardaş şəhər söhbəti hamıya qaranlıq qalırdı.
Tərtər hara, Truskavets hara ?
Müstəqim Məmmədovun dostlarından birini redaksiyamıza göndərdiyi videoya baxanda hər şey aydın oldu.
İcra başçısı Müstəqim Məmmədov Truskavetsdən gələn qonaqları necə qəbul edir, onların az qala pişvazına çıxır və s.
Gələn qonaqların görüntüləri az qala adamın gözlərini qamaşdırır. Müstəqim müəllim isə az qala bayılaraq qonaqlara tamaşa edir və fikirləşir ki, əlimdə səlahiyyətim olsaydı Tərtərin torpaqlarını satıb bunlara yedizdirərdim…