Müsavat BŞİH qarşısında aksiya keçirəcək

SİYASƏT
Spread the love
Müsavat PArtiyaı noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirəcək. Bu barədə partiyanın başqanı Arif Hacılı feysbukda bəyan edib. Aksiya saat 15.00-da başlamalıdır.
Aksiyaya səbəb Müsavatın Bakının mərkəzi yerlərindən birində noyabrın 10-da mitinq keçirmək üçün xəbərdarlıq məktubuna BŞİH-in Lökbatan qəsəbəsində yer təklif etməklə cavab verməsidir. Müsavat BŞİH-in təklifini konstitusiyanı pozmaq kimi qiymətləndirərək rədd edib və quruma onun binası önündə noyabrın 12-də etiraz piketi keçirməklə bağlı müraciət edib. BŞİH bu müraciətə də mənfi cavab verib. Buna görə də Müsavat rəhbərliyi həmin gün BŞİH qarşısında razılıqsız aksiyaya qərar verib.