“Çox təəssüf ki, hazırda Müsavat çətin dövrünü yaşayır və ağır ittihamlarla üzləşib. Məsələ saxta arayış ittihamı ilə bitmir, söhbət böyük bir sindikatın aşkarlanmasından gedir”.
Bu sözləri musavat.com-a Almaniyada yaşayan bəstəkar və musiqişünas, Berlinin Humboldt Universitetinin təmsilçisi Elmir Mirzəyev sözügedən ölkədə mühacir biznesi ilə bağlı keçirilən əməliyyat, Müsavat Partiyasının adının bu işlərdə hallanmasından danışarkən deyib.
Onun sözlərinə görə, məhkəmənin verdiyi həmin sənədin məzmunu ortada cinayətkar klan olduğundan xəbər verir və Müsavatın adının bu işlərə qarışması ağır təsir edir: “Doğrusu, bu adamlarla heç bir əlaqəm olmayıb, sənəddə adı keçən Mehdi Xəlilbəylinin yalnız adını eşitmişdim. Mənə bu mövzulardan iki il öncə burada yaşayan araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu Essendəki görüşümüz zamanı demişdi. Gərək, ölkəyə yeni nəfəs gətirməyə iddialı olan bir partiya rəhbərliyi məhkəmənin sənədində adı keçən o tip adamlardan uzaq duraydı”.