Müdafiə Nazirliyi: Tərtərdə partlayış olub

HADİSƏ Manşet
Spread the love

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Dünyanınsəsi.Az-ın  xəbərinə görə, Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.