MTN-nin məşhur generalı qızını deputat etmək istəyir

Manşet ÖLKƏ
Spread the love
Milli Təhlükəsizlik Nazrliyinin kadrlar idarəsinin keçmiş rəisi general-mayor Əlimusa Əliyevin qızı Əsmər Əliyeva 46 saylı Şirvan Seçki Dairəsindən namizədliyini irəli sürüb.

“Dunyanin|Sesi”-nin xəbərinə görə, Əsmər Əliyeva Bakı Dövlət universitetində Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.

 

Eldar Mahmudovun “vurulmasından” sonra MTN-dəki cinayətkar şəbəkə də ifşa olunan zaman Əlmusa Əliyev haqqında da iddialar ortaya çıxdı.
Ancaq Əlimusa Əliyev digər idarə rəislərindən fərqli olaraq həbsdən qurtula bildi.
Onun böyük biznes şəbəkəsinə malik olduğu deyilir.

DunyaninSesi.AZ