
Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatdı
Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşü başa çatıb.
***
Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün başlayandan bir müddət sonra Ceyhun Bayramov fasilə götürüb və binanın tərk edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o, təxminən bir saatdan sonra müzakirələri davam etdirmək üçün geri qayıdıb.
Media onun Azərbaycanın Rusiyadakı səfirliyinə getdiyini və məsləhətləşmə üçün Bakıya zəng etdiyini ehtimal edib.
***
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.
Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.