“Monte Ferro”işsiz kənd sakinlərinə belə dəstək verir-FOTOLAR

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

“AGA Group”a daxil olan “Monte Ferro” MMC Şimal-Qərb bölgəsində fındıqçılığın inkişafı və işsiz kənd əhalisinin məşğulluğunun təmin olunması istiqamətində sistemli və dayanıqlı fəaliyyətini davam etdirir.

Kanal32.az-ın məlumatına görə,“Monte Ferro” şirkəti fındıqçılığın inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihə çərçivəsində 2016-cı ildə Qax rayonunun Almalı kəndində əkin üçün istifadə olunmayan, daşlı-kəsəkli, kolluq ərazilərində ekoloji və aqro-texniki təmizləmə aparmaqla ümumi sahəsi 130 hektar fındıq bağı salıb. Fındıq bağları ən müasir aqro-texniki qulluq sayəsində inkişaf etdirilir və artıq məhsul vermə ərəfəsindədir. “Monte Ferro” şirkəti bağların suvarılmasını da müasir texniki tələblər çərçivəsində təmin edir. Belə ki, suyun mənbəyi yaxınlıqdakı Qara çaydan götürülür və bağın ərazisində qazılmış anbara toplanır. Növbəti mərhələdə isə bağların suvarılması damla üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, fındıq bağında Almalı və Dəymədağlı kəndlərindən olan yerli sakinlər çalışır. Kənd ərazisində belə iş yerlərinin açılması işsiz əhalinin məşğulluğunun təmin olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu da öz növbəsində dövlətimizin işsizliyin aradan qaldırılması istiqamətində atdığı addımlara real dəstəkdir. Konkret desək, “Monte Ferro” əmək bazarında iş qüvvəsinin dəyərini qiymətləndirməyi qanunamüvafiq şəkildə təmin edir. Məhz bundan irəli gələrək işsiz kənd əhalisi üçün rahat iş şəraiti yaradır və əmək haqqının kəmiyyətinə xüsusi önəm verməklə, məşğulluq təminatına öz töhfəsini verir. Bununla da “Monte Ferro” şirkəti əmək bazarı ilə aqrar sektorda məşğulluq dinamikasının əsas tendensiyalarını fəaliyyətində tətbiq etməklə dövlətimizin sosial-iqtisadi siyasətinə real dəstək nümayiş etdirir.

Kana32.az