“Monte Ferro” şirkəti açqılama yaydı-VİDEO+FOTOLAR

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

“Fəaliyyətimizə qiyməti qeyri-obyektiv mövqeyi olan fərdlər yox, hökumətimiz, cəmiyyətimiz və ictimaiyyətimiz verir və verəcək”.

Kanal32.az xəbər verir ki, özlərini “Ecofront”çular adlandıran bir qrup aktivist “AGA Group”a daxil olan “Monte Ferro” MMC-nin qanuni fəaliyyətinə kölgə salan məlumatlar paylaşıblar. Sözügedən şirkət isə fəaliyyətləri ilə bağlı ictimaiyyəti real vəziyyətlə bağlı məlumatlandırmaq üçün ətraflı açıqlama yayıb.

“Monte Ferro” şirkətinin mətbuat xidmətinin yaydığı açıqlmanı təqdim edirik:

Son günlər ölkəmizdə yeni-yeni “bloggerlər” və “aktivistlər” peyda olublar.Onlar öz aləmlərində guya qloballaşan dünyada gedən bəzi proseslərə biganə qala bilmirlər. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bloggerlik və aktivistlik bir ictimai insititut kimi hələ formaşa bilməyib. Onların əksəriyyəti daha çox primitiv və hüquqi prosedurlardan kənar fəaliyyətləri ilə diqqət çəkirlər və hesab edirlər ki, hay-küy qaldırmaq, şüvən salmaq ictimai aktivlik deməkdir. Əslində isə bu sferada toplaşan şəxslər özləri də bilmədən bəzi hallarda başqalarının hüquqlarını pozmuş olur, qarşı tərəfin qanuni fəaliyyətinə mane yaradırlar. Belə aktivistlərdən biri də son günlər ekologiya sahəsində çıxışlar edən “Ecofront”çulardı.Onlar özlərinə məxsus feyzbuk səhifəsi üzərindən bir sıra paylaşımlar etməklə insanları ekoloji baxımdan maarifləndirməyə çalışırlar. Bu yaxşı haldır. Amma yeri gəldi-gəlmədi hər şeyə qara eynəklə baxmaq qəbul edilməzdir. Sözügedən “Ecofront” səhifəsinin idarəçiləri 10  fevarl  2021-ci il tarixdə ölkəmizdə kifayət qədər tanınmış və şəffaf fəaliyyəti ilə diqqət çəkən “AGA Group”a daxil olan “Monte Ferro” MMC-nin işgüzar nüfuzuna zərbə vuran məlumatlar yayması bu qəbildən olan addımlardandır.

Onlar qeyd ediblər ki, “Monte Ferro” şirkəti Şəki rayonunun Bideyiz kəndi yaxınlığında meşələrin kürünməsi işini həyata keçirirlər. Bəs əsl reallıq nədən ibarətdir? Həqiqətənmi, sözügedən ərazidə aparılan işlər qanunsuzdur? Azərbaycan ictimaiyyətinin və “Ecofront”çuların diqqətinə çatdıraq ki, birincisi, “meşələrin kürünməsi” ifadəsinin özü qüsurludur. Ərazidə aparılan işləri olduğu kimi ifadə etmək lazımdır. İkincisi, “AGA Group”a daxil olan və hazırda Şimal-Qərb bölgəsinin sosial-iqtisadi inkişafına öz töhfəsini verən “Monte Ferro” şirkəti əkin üçün təmizlənmə işləri apardığı ərazini qanunvericiliyə uyğun olaraq istifadə edir. Belə ki, “Monte Ferro” şirkəti 24 yanvar  2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Meşələrin İnkişafı Departamenti ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” rəsmi müqavilə bağlayıb (qeydiyyat № 06). Müqavilədə göstərilib ki, “Monte Ferro” MMC-yə Şəki Regional MeşəTəsərrüfatı Mərkəzinin xidmət hüdudlarına daxil olan 500 (beş yüz) hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarında sahə ayrılsın. Müqavilənin şərtlərinə görə, icarəçi “Monte Ferro” MMC meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkməyi və onlara xidmət etməyi öhdəsinə götürüb. Həmçinin, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyin korlanmasına imkan verməməlidir. İcarədar isə müqavilədə nəzərdə tutulan öhdəlikləri tam şəkildə yerinə yetirir, ərazidə aqrotexniki tələblərə uyğun bağçılıq təsərrüfatının qurulması istiqamətində işlər görür. Konkret desək, məhz ağacların əkilməsi işlərini həyata keçirməyi qarşısına məqsəd qoyub.

“Monte Ferro” MMC-nin faəliyyətinə mane olmaq istəyənlərin nəzərinə!

Məlumat üçün bildirək ki, respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən“Monte Ferro” bölgənin iqtisadi inkişafına, bağçılıq təsərrüfatının müasir tələblər çərçivəsində genişlənməsinə öz töhfəsini verməklə yanaşı, bir-neçə infrastruktur layihələrinin icrasını da təmin edib. İnsanlara maddi və mənəvi dəstək olub. Adı çəkilən şirkət Qax və Şəki rayonları ərazisində fındıqçılıq təsərrüfatının genişləndrilməsi və inkişaf etdirilməsi üçün ən müasir aqrotexniki tələblərə cavab verən istehsal sahələri, bağıçılıq təsərrüfatı yaratmaqdadır. Bu addım ilk növbədə bölgədəki işsiz insanların məşğulluğunu təmin etməyə geniş imkanlar açır. Hazırda şirkətin yaratdığı fındıq sahələrində xeyli sayda kənd əhalisi daimi, günəmuzd və mövsümü işlərə cəlb olunub. Onların əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib. Bu da öz növbəsində həmin insanların sosial rifahının yaxşılaşdırılması üçün olduqca önəmli addımdır.

Çox şaxəli fəaliyyəti ilə diqqət çəkən “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər  zaman dövlətimizin apardığı iqtisadi və sosial siyasətə öz töhfəsini verməkdədir. Təkcə Bideyiz kəndində onlarla işçi sözügedən şirkətdən aylıq maaş alır.
Rəqəmlərə nəzər salaq: 2018-ci ildə Bideyiz kəndində işləyən işçilərə şirkət tərəfindən 90751 manat, 2019-cu ildə 83527, 2020-ci ildə 247889, 2021-ci ildə isə 68909 manat vəsait ödənilib. Ümumi məbləğ isə 491076 manat olub. Hesabladıqda orta aylıq əmək haqqı, yəni Bideyiz kəndinə hər ay daxil olan vəsait 13272 manat təşkil edir. Şirkət Bideyiz kəndində bir çox layihələr və xeyriyyə işləri də həyata keçirib. Kəndin Şəhidlər xiyabanının təmiri üçün 2529 manat, kənddə məişət tullantılarının atılması üçün quyuların qazılmasına 1000 manat, kəndin mərkəzində tramplinlərin qoyulmasına 1400 manat vəsait xərclənib. “Monte Ferro” şirkətinin Bideyiz kəndi üçün gördüyü işlər bununla da bitməyib. Kənd sakinlərinin müalicəsi üçün 1350 manat şirkət tərəfindən xəstə insanlara ödənilib. Ümumilikdə isə yarım milyona yaxın-497355 manat vəsait Bideyiz kəndinə xərclənib. Bundan başqa torpaqlardan istifadəyə görə Bideyiz bələdiyyəsinə 17220 manat icarə haqqı ödənilib. Belə bir deyim var: ”Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğur”. Bəli, “Monte Ferro”şirkətinin də fəaliyyətinin əsas qayəsində insan amili dayanır…

Bütün bu sadalananlar Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinə, regionların inkişafına dəstək verən bir şirkətin fəaliyyətinin real mənzərəsini əks etdirir. Ona görə də, ictimaiyyəti məlumatlandırmağı özümüzə borc bildik. Fəaliyyətimizə qiyməti isə qeyri-obyektiv mövqeyi olan fərdlər yox, hökumətimiz, cəmiyyətimiz və ictimaiyyətimiz verir və verəcək.

 “Monte Ferro” şirkətinin mətbuat xidməti

        

Kanal32.az